Ursula fon der Leyen sətəlcəm səbəbiylə bu ay üçün planlaşdırılan bir neçə görüşü ləğv etdi

19:26, 03.01.2025

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sətəlcəm xəstəliyinə tutulub, bu səbəbdən bu ay üçün planlaşdırılan bir neçə görüşü ləğv etmək qərarına gəlib.

Bu barədə məlumatı Avropa Komissiyasının nümayəndəsi yayıb.

“O, pnevmoniya xəstəsidir. Nəticədə, o, yanvarın ilk iki həftəsi ərzində bir neçə görüşü, o cümlədən Lissabonda planlaşdırılan çıxışı və Qdanska səfərini ləğv etdi”. – Avropa Komissiyasının nümayəndəsi Stefan de Kersmaker bildirib.

Oxşar