Ursula fon der Layen – Ukrayna Rusiyaya qarşı mübarizədə ala biləcəyi bütün dəstəyə layiqdir

13:12, 21.04.2024

Avropa Komissiyasının prezidenti Ursula fon der Layenin sözlərinə görə, Ukrayna Rusiyaya qarşı mübarizədə ala biləcəyi hər cür dəstəyə layiqdir.

“ABŞ Nümayəndələr Palatasının tamamilə müsbət qərarını alqışlayıram”, – bu barədə Ursula fon der Layen sosial şəbəkədə yazır.

Avropa Komissiyasının sədri ABŞ Senatını qanun layihəsini mümkün qədər tez səsə qoymağa çağırıb.

“Transatlantik müttəfiqlər azadlıq və demokratiyaya dəstək üçün birləşiblər” – deyə fon der Layen əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,8 milyard dollar məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Senatın gələn həftə qanun layihəsini müzakirə edəcəyi, bundan sonra sənədin imzalanması üçün ABŞ prezidentinə göndəriləcəyi gözlənilir.

Oxşar