Ursula fon der Laiyen - yüksək qaz qiymətləri problemini birlikdə həll edək, bizim təşəbbüsümüz onun birgə şəkildə alınmasıdır
Bu müharibənin nəticələri Avropanın təhlükəsizlik arxitekturası üçün uzunmüddətli olacaq- bu barədə Avropa Komissiyasının prezidenti, Ursula fon der Laiyen Avropa Parlamentindəki çıxışında bildirib.
Ursula fon der Laiyenin sözlərinə görə, enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi tərəzinin gözündədir.
” Mən təkcə təhlükəsizlik və hərbi baxımdan danışmıram , həmçinin enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi də tərəzinin gözündədir. Enerji siyasəti həm də təhlükəsizlik siyasətidir. Məhz buna görə də Avropa Komissiyası Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək tədbirlər təqdim etdi. Bu, çox iddialıdır, lakin biz bunu edə bilərik. Birincisi, bu, təhlükəsizliyimizə strateji sərmayə olan sürətlə bərpa olunan layihədir. İkincisi, enerji səmərəliliyinin maliyyələşdirilməsidir. Üçüncüsü, etibarlı təchizatçılardan qaz tədarükünü diversifikasiya etməkdir. Sabah mən prezident Baydenlə önümüzdəki aylarda ABŞ-dan Aİ-yə enerji nəqlini necə prioritetləşdirə biləcəyimizi danışacağam. Biz ümumi bazar gücümüzdən istifadə etdikdə və həmrəylik nümayiş etdirdikdə daha güclü oluruq.
Bu baxımdan bizim təklifimiz qazın qiymətinin baha olması problemini birgə həll etməkdir. Təşəbbüsümüz qazın birgə alınmasıdır. Biz qaz almağa ayrı-ayrı ölkələr kimi yox, birlikdə başlamalıyıq. Unutmaq olmaz ki, dünya qida proqramının buğda tədarükünün yarıdan çoxunu Ukrayna təmin edir. Bombalamalar ukraynalı fermerlərə əkin işləriylə məşğul olmağa imkan vermir. Üstəlik, Putin Qara dənizdə buğda yüklü yüzlərlə gəminin qarşısını kəsir. Nəticələri Livan, Tunis və Misirdən tutmuş Uzaq Şərqə qədər hiss etmək olar. Mən Putini gəmilərin getməsinə icazə verməyə çağırıram. Əks halda, o, təkcə qurbana görə deyil, həm də aclığa görə məsuliyyət daşıyacaq. Bu gün axşam Rusiyanın Ukraynaya təcavüzündən bir ay keçir. Birinci gündən biz birik və gəlin bu belə davam etsin”-deyə Ursula fon der Laiyen bildirib.