Ursula fon der Laiyen - Ukraynaya, Moldovaya namizəd statusunu verdik, Gürcüstanın Avropa perspektivini tanıdıq, Avropa ailəsini daha da yaxınlaşdıran yeni impuls, dəyişikliklər küləyi var
Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Qərbi Balkanlarda və Avropada sürətli dəyişikliklərin vaxtının yetişdiyini bildirib.
O, Albaniya və Şimali Makedoniya ilə Aİ-yə üzvlük danışıqlarının başladıldığını, Moldovaya və Ukraynaya namizəd statusu verildiyini, Gürcüstanın Avropa perspektivinin tanındığını bildirib.
Ursula fon der Laiyen Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoya səfəri zamanı Bosniya-Herseqovinanın irəliyə doğru addım atmasının vaxtının yetişdiyini bildirib.
“Qərbi Balkanlarda və Avropada sürətli dəyişikliklərin vaxtıdır. Bildiyiniz kimi, biz Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlamışıq. Həmçinin, biz Ukrayna və Moldovaya namizəd statusu verdik və Gürcüstanın Avropa perspektivini tanıdıq. Avropa ailəsini daha da yaxınlaşdıran yeni bir təkan, dəyişiklik küləyi var.
İndi Bosniya-Hersoqovinanın da irəliyə doğru addım atmasının vaxtıdır. Gəlin səmimi olaq, bir il əvvəl bu, inanılmaz görünürdü, biz namizəd statusuna nail olacağımızı düşünə belə bilməzdik. Bu gün mən sizinlə Sarayevodayam və biz birlikdə namizəd statusunun əldə olunmasını qeyd edə bilərik. Beləliklə, icazənizlə demək istəyirəm: iradə olarsa, arzunuza çatmaq üçün bir yol tapılacaq” – deyə Avropa Komissiyasının prezidenti bildirib.