Ursula fon der Laiyen, Ukraynada vəziyyətin daha da pisləşəcəyi təqdirdə, Avropa İttifaqının Rusiyaya qarşı əlavə addımlar atacağını bildirib
Ursula fon der Laiyen, Ukraynada vəziyyətin daha da pisləşəcəyi təqdirdə, Avropa İttifaqının Rusiyaya qarşı əlavə addımlar atacağını bildirib

 
Avropa Komissiyasının prezidenti Ukraynada vəziyyətin daha da pisləşəcəyi təqdirdə, Avropa İttifaqının Rusiyaya qarşı əlavə addımlar atacağını bildirib . Bu barədə ittifaqın yüksək rütbəli rəsmisi Buxarestə səfəri zamanı Rumıniya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Bununla belə, Ursula fon der Laiyen qeyd edib ki, Aİ enerji mənbələrinin diversifikasiyası üzərində işləyir.

“Ukraynaya sarsılmaz dəstəyimizlə yanaşı, Rusiya hökumətinə sərt sanksiyalarla cavab veririk. Məqsədimiz Kremlin qonşularına qarşı müharibə aparmasına imkan verməməkdir. Məhz buna görə də biz görünməmiş sanksiyalar tətbiq etmişik. Bu sanksiyalar həmçinin dünya miqyasındakı müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən də tətbiq edilib. Tətbiq etdiyimiz üç sanksiya dalğası artıq Rusiya iqtisadiyyatına və müvafiq olaraq, Putinin müharibə səylərinə öz təsirini göstərir. Bölgədə vəziyyət pisləşərsə, əlavə addımlar atacağıq. Eyni zamanda, intiqam alma hallarının olacağı təqdirdə, cavab tədbirləri görməyə hazırlaşırıq, konkret olaraq enerji təchizatımızı diversifikasiya etməyə hazırlaşırıq”- deyə Ursula fon der Laiyen bildirib.