Ursula fon der Laiyen - Gürcüstan, Ukrayna və Moldova ilə eyni istəkləri və potensialı bölüşür, onların müraciəti gücə malikdir, lakin uğur üçün ölkə siyasi cəhətdən birləşməlidir
Ursula fon der Laiyen - Gürcüstan, Ukrayna və Moldova ilə eyni istəkləri və potensialı bölüşür, onların müraciəti gücə malikdir, lakin uğur üçün ölkə siyasi cəhətdən birləşməlidir

 
Gürcüstan Ukrayna və Moldova ilə eyni istəkləri və potensialı bölüşür, onların müraciəti gücə malikdir, lakin uğur üçün ölkə siyasi cəhətdən birləşməlidir-bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Avropa Parlamentində keçirilən debatda bildirib.

Onun sözlərinə görə, Gürcüstan struktur islahatlarına və Avropa İttifaqına yönəlik açıq yol təyin etməlidir.

“Ukrayna, Gürcüstan və Moldova müraciətləri ilə dəyişiklik istədiklərini bildirirlər. Onlar daha çox demokratiya, daha çox azadlıq və daha güclü islahatlar istəyirlər. Bizə Avropanı istədiklərini deyirlər. Düzgün seçim etmək üçün biz həm onlara, həm də özümüzə qarşı məsuliyyət daşıyırıq.

Gürcüstan, Ukrayna və Moldova ilə eyni istəkləri və potensialı bölüşür. Belə ki, onun güclü özəl sektorla iqtisadiyyatının bazar yönümlü olması müraciətini güclü edir. Lakin, uğur üçün ölkə siyasi cəhətdən birləşməlidir. O, struktur islahatlarına və Avropa İttifaqına yönəlik açıq yol təyin etməlidir. Bu yol zəruri islahatları təyin etməli, vətəndaş cəmiyyətini əhatə etməli və geniş siyasi dəstəkdən bəhrələnməlidir. Məhz bu səbəbdən, biz Avropa Şurasına tövsiyyə edirik ki, Gürcüstana Avropa perspektivi versin, daha sonra isə namizəd statusu verməzdən əvvəl geri qayıtsın və ölkənin lazımi şərtlərə necə cavab verdiyini qiymətləndirsin. Ukrayna, Moldova və Gürcüstan nə qədər irəliləyə biləcəklər və hansı uğura imza atacaqlar- bu ilk növbədə onların fəaliyyətindən və tərəqqisindən asılıdır. Bu, layiq olmağa əsaslanan yanaşmadır. Lakin, onların istəklərinə və tərəqqisinə necə cavab verəcəyimiz yalnız bizim seçimimizdir. İndi Avropa Şurası qərar verməlidir”-deyə Ursula fon der Laiyen bildirib.