Ursula fon der Laiyen - Aİ Gürcüstanın yanındadır və bu çətin zamanlarda onun suverenliyini və dözümlülüyünü dəstəkləyir
Ursula fon der Laiyen - Aİ Gürcüstanın yanındadır və bu çətin zamanlarda onun suverenliyini və dözümlülüyünü dəstəkləyir

 

Avropa İttifaqı Gürcüstanın yanındadır və bu çətin zamanlarda onun suverenliyini və dözümlülüyünü dəstəkləyir -bu barədə Avropa Komissiyasının prezidenti, Ursula fon der Laiyen Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşdən sonra bildirib.

“Cari böhranı müzakirə etmək üçün prezident Zurabişvili ilə görüşdüm. Aİ Gürcüstanın yanındadır və bu çətin zamanlarda onun suverenliyini və dözümlülüyünü dəstəkləyir. Kibertəhlükəsizlik, strateji kommunikasiyalar və hibrid təhdidlər məsələsi də daxil olmaqla əməkdaşlığı gücləndirməyə hazırıq”- deyə Ursula fon der Laiyen bildirib.