Ursula fon der Laien - Putin Avropa qaydalarına əsaslanan nizamı pozaraq imperiyanı və avtokratiyanı Avropaya qaytarmaq istəyir
Ursula fon der Laien - Putin Avropa qaydalarına əsaslanan nizamı pozaraq imperiyanı və avtokratiyanı Avropaya qaytarmaq istəyir

Vladimir Putin Avropa qaydalarına əsaslanan nizamı pozaraq imperiyanı və avtokratiyanı Avropaya qaytarmaq istəyir, – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Polşanın Katovitse şəhərində keçirilən Avropa İqtisadi Konqresində çıxışı zamanı bildirdi.

Onun sözlərinə görə, xüsusilə Rusiyanın Ukraynada yaratdığı təhlükələr fonunda Avropa öz müdafiəsinə daha çox pul xərcləməli və müdafiə sənayesinə sərmayə qoymalıdır.

Fon der Laienin bəyanatına görə, Avropa İttifaqı Avropanı və xüsusən də Ukraynanı qorumaq üçün hər şeyi etməyə hazırdır.

“Putinin müharibəsi – bu Avropa xəritəsinin dəyişdirilməsidir, hərçənd, bu, həm də bizim ittifaqımıza və bütövlükdə qaydalara əsaslanan qlobal sistemə qarşı müharibədir”, – deyə Fon der Laien bildirdi.

Onun dediyinə görə, Avropanı qorumaq bütün Avropanın vəzifəsidir.