Ursula fon der Laien - Cənubi Qafqazla enerji tərəfdaşlığımızı müzakirə etmək üçün Buxarestdəyəm
Cənubi Qafqazla enerji tərəfdaşlığımızı müzakirə etmək üçün Buxarestdəyəm – bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien “Twitter”də yazır.
“Avropaya yaşıl enerji axını üçün potensialla dolu ümidverici tərəfdaşlıq. Ortaq gələcəyimiz üçün etibar edə biləcəyimiz enerji” – deyə Ursula fon der Laien yazır.
Bu gün Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan hökumət başçıları “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayacaqlar. İmzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və Rumıniya Prezidenti Klaus Verner İohannis iştirak edəcəklər.