Ursula fon der Laien- İrakli Ğaribaşvili ilə Gürcüstanın əldə etdiyi irəliləyişi müzakirə etdim, çox işlər görülüb və hələ çox iş görüləsidir
Ursula fon der Laien- İrakli Ğaribaşvili ilə Gürcüstanın əldə etdiyi irəliləyişi müzakirə etdim, çox işlər görülüb və hələ çox iş görüləsidir

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə İspaniyanın Qranada şəhərində keçirilən görüşdə Gürcüstanın əldə etdiyi tərəqqini müzakirə etdik-bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien danışıb.

Onun görüşdən sonra qeyd etdiyi kimi, Gürcüstanda namizəd statusunun alınması üçün çox işlər görülüb və hələ çox iş görüləsidir.

“Gürcüstanın əldə etdiyi irəliləyişi müzakirə etdik. Çox işlər görülüb və hələ çox iş görüləsidir. Əsas mesaj ondan ibarətdir ki, prosesi irəli aparmaq fürsətindən istifadə edin, islahat prosesi və razılaşdığımız siyasətdə aydın olun. Bizim uzun genişlənmə tariximiz var. Genişlənmə təcrübəsi göstərir ki, bu, ölkələr və cəmiyyətlərə çox böyük fayda verib. Qoşulma həyat standartlarının çox sürətlə yüksəldiyi yeni üzvlərə fayda verməklə yanaşı, həm də bütövlükdə Aİ-yə çox böyük faydalar verdi. Bizim ən böyük gücümüz vahid bazardır və bu bazarın böyüməsi hər kəs üçün əlavə dəyərdir”- Ursula fon der Laien bildirib.