Ursula fon der Laien "güclü və effektiv Avropa naminə" Avropa İttifaqının parlamentində çoxluq yaratmaq istədiyini və yeni mandat qazana biləcəyinə əmin olduğunu bildirir
Ursula fon der Laien "güclü və effektiv Avropa naminə" Avropa İttifaqının parlamentində çoxluq yaratmaq istədiyini və yeni mandat qazana biləcəyinə əmin olduğunu bildirir

 
Avropa Komissiyasının fəaliyyətdə olan prezidenti Ursula fon der Laien “güclü və effektiv Avropa naminə” Avropa İttifaqının parlamentində çoxluq yaratmaq istədiyini və yeni mandat qazana biləcəyinə əmin olduğunu bildirir.

Avropa İttifaqının rəhbəri olaraq qalmasını təmin etmək üçün fon der Leienin Avropa İttifaqının 27 liderinin “ixtisaslı çoxluğuna”, eləcə də 720 yerlik Avropa Parlamentində çoxluğa ehtiyacı var.

“Ayrı-ayrı məsələlərdə bir-birimizdən fərqli ola bilərik, lakin hamımız sabitliklə maraqlanır və hamımız güclü və səmərəli Avropa istəyirik. Buna görə də kampaniyam boyu mən Avropayönlü qüvvələrin geniş və effektiv əksəriyyətini yaratmaq üçün çox çalışırdım. Məqsədim Avropayönlü, Ukraynayönlü, qanunun aliliyi tərəfdarı olanlarla bu yolu davam etdirməkdir. Yeni mandat qazana biləcəyimə əminəm, lakin əlbəttə ki, qarşıda məni hələ çox işin gözlədiyini bilirəm”-deyə Ursula fon der Laien bildirib.