Ursula fon der Laien - Baş nazir Robert Fitsoya edilən dəhşətli hücumu qətiyyətlə qınayıram
Ursula fon der Laien - Baş nazir Robert Fitsoya edilən dəhşətli hücumu qətiyyətlə qınayıram

Baş nazir Robert Fitsoya edilən dəhşətli hücumu qətiyyətlə qınayıram, – bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Laien sosial şəbəkədə yazır.

“Bu cür zorakılıq aktlarının cəmiyyətimizdə yeri yoxdur və ən qiymətli ümumi rifahımız olan demokratiyaya zərbə vurur”. Mənim fikirlərim baş nazir Fitso və onun ailəsinin yanındadır”, – Ursula fon der Laien yazır.

Robert Fitsoya bu gün odlu silahdan atəş açılıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə Bratislava yaxınlığında hökumətin iclasından sonra baş verib.