Urmas Reinsalu - statusla bağlı qərar obyektiv meyarlara əsaslanmalıdır, əgər Gürcüstan meyarlara cavab verərsə, Estoniya hər zaman dəstəkləyəcək
Urmas Reinsalu - statusla bağlı qərar obyektiv meyarlara əsaslanmalıdır, əgər Gürcüstan meyarlara cavab verərsə, Estoniya hər zaman dəstəkləyəcək

 

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, Gürcüstan meyarlara cavab verərsə, Estoniya hər zaman ölkənin Avropa İttifaqına doğru irəliləyişini dəstəkləyəcək.

Reinsalu Estoniyanın Gürcüstanı səmimi şəkildə dəstəklədiyini bildirib.

“Namizəd statusu ilə bağlı bütün qərarlar obyektiv meyarlara əsaslanmalıdır. Estoniya bu ölkələrin meyarlara cavab verməsi fonunda Aİ-yə qəbul olunmasının səmimi tərəfdarıdır və olacaq. Biz bu il siyasi nailiyyətlər görmək istəyirik. Əgər Gürcüstan siyasi və demokratik keyfiyyət baxımından meyarlara, o cümlədən Kopenhagen kriteriyalarına cavab verərsə, o zaman hesab edirəm ki, Aİ tərəfindən geri çəkilmə olmayacaq” -deyə Reinsalu açıqlayıb.