Universitet və Kavtaradze küçələrini birləşdirən yol və tunelin tikintisi başlayır
Universitet və Kavtaradze küçələrini birləşdirən yol və tunelin tikintisi başlayır

 
Strateji əhəmiyyətli layihə – Universitet və Kavtaradze küçələrini birləşdirən yol və tunelin tikintisi başlayır – bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında açıqlayıb.

O bildirib ki, sözügedən tunel universitetin Mağlivi korpusu olaraq bilinən ərazisindən başlayacaq və Petre Kavtaradze küçəsi ilə birləşən Mixeil Şavişvili küçəsinə qoşulacaq.

“Layihə çərçivəsində tunelin giriş-çıxış pandusları və səkilər salınacaq, izolyasiya işləri aparılacaq, suyun kənarlaşdırılması və drenaj sistemi salınacaq, xarici işıqlandırma şəbəkəsi qurulacaq, eləcə də tunel boyu dəmir-beton qoruyucu divarlar tikiləcək. Tuneldə ikitərəfli hərəkət olacaq- hər istiqamətdə bir zolaq. Layihənin dəyəri 12 milyon laridir. İşlər bu həftə başlayacaq və 2025-ci ilin yanvarında başa çatacaq” – deyə Kaxa Kaladze açıqlayıb.