Universitet küçəsi yaxınlığında nəqliyyatın hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən Tbilisidə Universitet küçəsi yaxınlığında qayalı yamacın təmizlənməsi və möhkəmləndirilməsi işləri başlayır. İşlərlə əlaqədar olaraq, sentyabrın 27-dən oktyabrın 24-ü də daxil olmaqla, gecə saat 00:00-dan səhər saat 06:00-dək Universitet küçəsi yaxınlığında nəqliyyatın hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
“İşlərin fasiləsiz aparılması üçün sentyabrın 27-si gecə saat 00:00-dan səhər saat 06:00-dək Qiorqi Danelia küçəsindən Universitet küçəsinə qədər (“Wissol” yanacaqdoldurma məntəqəsinin yanı) nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Rejim oktyabrın 24-ü də daxil olmaqla 30 gün ərzində qüvvədə olacaq.
Gün ərzində avtomobillərin təhlükəsiz hərəkəti məqsədilə nəqliyyatın hərəkətinə qoyulan bütün növ məhdudiyyətlər aradan qaldırılacaq. Şirkət yaranmış narahatlığa görə üzr istəyir” – şirkət tərəfindən yayılmış bəyanatda deyilir.