UNICEF-in təşəbbüsü ilə, İraqda tibb müəssisələrinin tikilməsi üçün 17 milyon dollar ayrılacaq
BMT-nin Uşaq Fondu UNICEF-in təşəbbüsü ilə, İraqda tibb müəssisələrinin tikilməsi üçün 17 milyon dollar ayrılacaq.
BMT-nin agentliyinin məlumatına görə, Mosul rayonunda tibbi yardıma ehtiyacı olan 750 000 uşaq, həkim yardımını ala bilmir.
UNICEF-in bəyanatına görə, Mosulun Ninevia əyalətində 10%-dən əksik tibb müəssisəsi çalışır və onların vəziyyətləri çox ağırdır.
UNICEF-in bəyanatında deyilir ki, klinikaların və xəstəxanaların reabilitasiyası, regionlardan qaçqın düşən əhalinin evlərinə qayıtması üçün çox vacib məsələdir.
İraq iqtidarının bəyanatına görə, evlərin, infrastrukturanın və telekomunikasiya şəbəkələrin tam bərpası üçün onlara ən az 100 milyard lazımdır.