UNİCEF-in nümayəndəsi - Məktəblər yenə bir il bağlı qalsa, bunun zərərli nəticələrini gələcək nəsil mütləq hiss edəcək
Koronavirus pandemiyasına görə, məktəblərin bağlanmasının nəticələri çox zərərli olacaq, – bu barədə bəyanatı BMT uşaq fondunun icraçı direktoru Henrieta Fore verdi.
Onun dediyinə görə, məktəblərin bağlanması deməkdir ki, dünyada şagirdlərin üçdə biri təhsildən uzaq qalacaq.
Henrieta Forenin bəyanatına görə, uşaqların sağlamlığı və inkişafı risk altındadır və ilk növbədə məktəblər açılmalıdır.
Onun dediyinə görə, uşaqların yazmaq, oxumaq və baza riyaziyyat qabiliyyətləri korlanıb və təhsil proqramlarından geri qalmamaları üçün şagirdlərə əlavə dərslər lazım olacaq.
“Əgər məktəblər yenə bir il bağlı qalsa, bunun zərərli nəticələrini gələcək nəsil mütləq hiss edəcək” – deyir Henrietta Fore.