UNESCO dünya miqyasında öldürülən jurnalistlərin göstəricilər bazasını hazırladı
UNESCO dünya miqyasında öldürülən jurnalistlərin göstəricilər bazasını hazırladı.
Bu barədə məlumatı BMT agentliyi öz rəsmi veb-səhifəsində yayır.
Məlum olduğu kimi xüsusi observatoriya vasitəsi ilə istintaq jurnalistlərinə və müxtəlif təşkilatlara, hərhansı öldürülən jurnalistin istintaqı ilə bağlı detallı məlumat almaq imkanı verilir.
Qeyd olunan bazaya agentlik tərəfindən 1993-cü ildən sonra tbaş verən hadisələr daxil olunub.
UNESCO-nun təhlükəsizlik üzrə baş direktoratının məlumatına görə, dünyada hər dört gündə bir jurnalist ölür.
Agentliyin son statistikasına əsasən, cinayətkarların 89 faizi cəzalandırılmayıb.
1993-cü ildən bu günə qədər, dünya miqyasında 1 293 jurnalist öldürülüb.
Onların arasından 80 nəfərdəndən çoxu 2018-ci ildə qətlə yetirilib.