UNESCO Azərbaycan dolmasını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etdi
UNESCO Azərbaycan dolmasını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etdi. Bu barədə qərar Cənubi Koreyanın Çecuze adasında keçirilən 12-ci sessiyada qəbul olundu.
“İki illik işlərdən sonra, UNESCO Azərbaycan dolmasını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etdi. Azərbaycanı təbrik edirəm”, – UNESCO-da Azərbaycan daimi nümayəndəsi Anar Kərimov Twitter-də yazır.
“Dolmanın hazırlanması bilik və bacarıqların bir sirasını əhatə edir. Meyvə və ya tərəvəz yarpaqlarına bükülmüş ət, soğan, düyü, noxud və ədviyyatlardan hazırlanır. Onun adı, türk “Doldurma” sözündən irəli gəlir. Yerli ictimaiyyətdə xörək geniş yayılıbdır: müxtəlif metod, texnologiya və inqredientlərlə hazırlayırlar. Ənənə Azərbaycan Respublikasında təqdim olunub. Azərbaycan bölgə mətbəxində, mərkəzi yer tutur”, – UNESCO-nun veb səhifəsində yazılıb.
“Dolmanı əksər hallarda xüsusi hadisələr zamanı hazırlayırlar və həmrəylik, hörmət və qonaqpərvərliyi ifadə edir. Ənənə nəsildən-nəslə keçir”.
“Onu əsasən qadınlar hazırlayırlar. İnsanların geniş ictimaiyyəti dolmanı başqa başqa mədəni və ya sosial məqsədlər üçün istifadə edir. Ənənə valideyndən övladına keçir”, – UNESCO-nun veb səhifəsində qeyd olunub.
Qeyd edək ki, Qeyri-Maddi Mədəni İrs Siyahısına nəsildən-nəslə keçən adətlər və yaradıcılıq formaları – şifahi ənənələr, ifaçılıq sənəti, sosial tədbirlər, bayram və mərasim adətləri, biliklər və təbiətlə, kainatla bağlı təsəvvürlər, habelə ənənəvi xalq sənəti texnikası daxil edilir.
https://ich.unesco.org/en/RL/dolma-making-and-sharing-tradition-a-marker-of-cultural-identity-01188