UNESCO - Türkiyə Aya Sofyanın mədəniyyət abidəsi statusuna zərər verən dəyişikliyə izin verməməlidir
UNESCO - Türkiyə Aya Sofyanın mədəniyyət abidəsi statusuna zərər verən dəyişikliyə izin verməməlidir

UNESCO Aya Sofyanın tarixi muzey statusunun dəyişdirilməsi ilə bağlı bəyanat yayır.

UNESCO bəyan edir ki, Türkiyə Aya Sofyanın mədəniyyət abidəsi statusuna zərər verən dəyişikliklərə izin verməməlidir.

Eyni zamanda, bəyanatda deyilir ki, Türkiyə Aya Sofya muzeyinin statusunun dəyişdirilməsi ilə bağlı qərarı UNESCO ilə razılaşmadan verməməlidir, çünki statusun dəyişdirilməsi məsələsini dünya mədəni abidələr komitəsi müzakiə etməlidir.

Reuters-in məlumatına görə, bugün Türkiyə iqtidarı, 1935-ci ildə, Aya Sofyanın muzey olması ilə bağlı verilən qərarın qeyri-qanuni olduğunu bəyan edərək, muzeyin məscid statusunu rəsmi olaraq elan etməlidir.

“Biz Türkiyəyə tövsiyyə edirik ki, tarixi abidənin universal dəyərinə zərər verən qərarı elan etməsin və məsələyi dialoq vasitəsi ilə müzakirə etsin” – deyilir UNESCO-nun bəyanatında.