Un İstehsalçıları Assosiasiyası - dekabrın 1-dən Rusiya Federasiyasından bərk buğdanın ixracına qoyulan qadağa Gürcüstan bazarına təsir etməyəcək
Un İstehsalçıları Assosiasiyası - dekabrın 1-dən Rusiya Federasiyasından bərk buğdanın ixracına qoyulan qadağa Gürcüstan bazarına təsir etməyəcək

 
Dekabrın 1-dən etibarən Rusiya Federasiyasından bərk buğdanın ixracı qadağan edilir. Rusiyadan bərk buğdanın ixracına qoyulan qadağa Gürcüstana buğda idxalına təsir etməyəcək, çünki ölkə Rusiyadan yumşaq buğda alır-bu barədə Un İstehsalçıları Assosiasiyasından açıqlayıblar.

Un İstehsalçıları Assosiasiyasında açıqlandığı kimi, qadağa çörək istehsalı sənayesində istifadə olunan və Gürcüstana idxal olunan yumşaq buğdaya şamil edilmir.

“2023-cü ilin dekabrın 1-dən Rusiya Federasiyasından bərk buğdanın ixracına qadağa qoyulacağı ilə bağlı yayılan məlumat müəyyən çaşqınlıq və ajiotaj yaradıb” – deyə assosiasiyadan bildirilib.

Bundan əlavə, assosiasiyada açıqlandığı kimi, qətnamə layihəsində yalnız istifadə sahəsi makaron istehsalı olan bərk buğdanın ixracına qadağa qoyulmasından bəhs edilir.

“Qadağa çörək sənayesində istifadə olunan və Gürcüstana idxal olunan yumşaq buğdaya şamil edilmir. Bundan irəli gələrək, Gürcüstan bazarına heç bir təsiri yoxdur. Buradaca açıqlamaq istərdik ki, bu gün Gürcüstanda iki aydan artıq istehlak buğda tədarükü var, idxal və yerli buğdanın dəyirmanlar tərəfindən təhvil alınması problemsiz həyata keçirilir, müvafiq olaraq bu baxımdan qida təhlükəsizliyi tam qorunur”- Un İstehsalçıları Assosiasiyasında bildiriblər.