Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi DTX-də ifadə verir
Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi,Mirtağı Əsədov DTX-də ifadə verir.
Ehtimal ki, istintaqın sualları irqi ayrıseçkilik maddəsi ilə başladılmış iş ilə əlaqədardır.
Dövlət Təhlükəsizlik Xidmətində irqi ayrıseçkilik maddəsi ilə istintaq aparılır. Məlumat mayın 30-da DTX-nin feysbuk səhifəsində yayılıb. Bəyanatda qeyd olunub ki, departament Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında fitnə salmağa çalışan qruplar və vətəndaşların olması barədə operativ məlumata malikdir.
Hazırladı-Sevinc Mustafayeva