Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi bildirir ki, açıqlama verməyəcəyi ilə bağlı sənəd imzalayıb və ifadənin detalları barədə danışa bilməyəcək
Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri, Şeyx Mirtağı Əsədovun ifadəsinin alınması prosesi başa çatıb.
Onun da qeyd etdiyi kimi, açıqlama verməyəcəyi ilə bağlı sənəd imzalayıb,istintaq başa çatmamış,işin detalları ilə bağlı danışa bilməyəcək.
O,bildirib ki, suallar əsasən bölgədə gedən proseslər,o cümlədən Nərimanovun heykəli ətrafında inkişaf edən hadisələr ilə bağlı olub.O,Marneulidə karantin elan olunanda əhaliyə həm maddi cəhətdən yardım etdiklərini, həm də azərbaycan dilində məlumat verdiklərini bildirir.Şeyx, onlara müraciət edərək, buranın onların vətəni və bu ölkənin övladları olmasını,bərabərlik və bərabər hüquqluluq tələb etdiklərini bildirir.Eləcə də mətbuat vasitələri ilə nifrət dilini qınadıqlarını söyləyib.
Hazırladı-Sevinc Mustafayeva