Ümumdünya Televiziya Günü ilə əlaqədar Gürcüstanın Birinci Kanalı məktəb şagirdlərini qəbul edib
Ümumdünya Televiziya Günü ilə əlaqədar Gürcüstanın Birinci Kanalı məktəb şagirdlərini qəbul edib.
53 saylı ictimai məktəbin və “XXI əsr”in 7-ci sinif şagirdləri tele-radio studiyalarını ziyarət ediblər. İctimai Yayımçının əməkdaşları onları medianın fəaliyyət xüsusiyyətləri ilə ətraflı tanış ediblər. Futbol üzrə 2022-ci ilin Dünya Çempionatının keçirilməsindən irəli gələrək, Birinci Kanalın idman proqramı “Timeout”un studiyası şagirdlərin xüsusi marağına səbəb olub.
Bununla yanaşı, Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvilinin açıqladığı kimi, televiziya bu nəsil üçün fərqli vasitədir, çünki onlar daha çox onlayn mediadan istifadə edirlər.
“Ümumdünya Televiziya Günü ilə əlaqədar biz bir neçə məktəbə ev sahibliyi etdik. Ümumiyyətlə, bu nəsil üçün televiziya fərqli vasitədir, çünki onlar əsasən onlayn mediadan istifadə edirlər. Lakin, gələcək peşəni seçmək üçün fikrimcə müxtəlif məktəblərdən şagirdlərin gələrək jurnalistlərin, operatorların, montajçıların necə işlədiyini görmələri çox vacibdir. Bu peşənin nə olduğunu görsünlər. Həm də biz bu binadan köçəndə köhnə televiziyanın onların yaddaşında qalması üçün vacibdir” – deyə Tinatin Berdzenişvili bildirib.
Gürcüstanın Birinci Kanalının baş direktoru İctimai Yayımçının istək olması halında digər məktəbləri də qəbul etməyə hazır olduğunu bildirib.
Noyabrın 21-də Ümumdünya Televiziya Günü qeyd olunur. BMT-nin illik təşəbbüsü çərçivəsində, bu gün dünyanın hər yerindən televiziya stansiyaları birləşərək insanların həyatında televiziyanın gücünü xatırlatmaq üçün 30 saniyəlik videoçarx nümayiş etdirirlər.
1996-cı ildə Birləşmiş Millətlər Təşkilatı üzv ölkələri Beynəlxalq Televiziya Gününü qeyd etməyə çağırıb. Bunun üçün Birinci Dünya Televiziya Forumunun keçirilmə tarixi noyabrın 21-i seçilib.