Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri - Növbəti bir neçə ay çox ağır olacaq və bu yalançı siqnal deyil
Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebresius bəyan edir ki, növbəti bir neçə ay çox çətin olacaq.
Bu haqda məlumatı “Qardian” yayır.
Qebresiusun dediyinə görə, dünya covid-19 pandemiyası ilə mübarizənin kritik mərhələsindədir.
“Biz liderlərə müraciət edirik, ölüm hallarının, vacib səhiyyə xidmətlərinin dağılmasının və məktəblərin bağlanmasının qarşını almaq üçün dərhal hərəkətə keçsinlər.
Fevral ayında dedikərimi yenə təkrarlayıram, bu yalançı siqnal deyil” – dedi Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri.