Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Co Baydeni ABŞ seçkilərində qələbəsini təbrik etdi
Ümumdünya Səhiyyə Təşkilatının direktoru Co Baydeni ABŞ seçkilərində qələbəsini təbrik etdi. “Tvitter” səhifəsində dərc olunan bəyanatda Tedros Adanom Qebreyesus bəyan edir ki, pandemiya şəraitində Ümumdünya Səhiyyə Təşkilatı ABŞ-ın yeni administrasiyası ilə işləməyə hazırdır.
“Seçilən prezident Co Baydeni və vitse-prezident Kamala Harrisi təbrik edirəm. Mən və mənim həmkarlarım sizinlə və komandanızla işləməyi gözləyirik”, – Qebreyesus yazır.
Xatırladaq ki, 7 noyabrda Amerika və beynəlxalq media, ilkin göstəricilərə istinad edərək ABŞ prezident seçkilərində Co Baydeni qalib bəyan etdi.
Bununla yanaşı qeyd olunasıdır ki, ona qədər Trampın qərarı ilə, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əmkdaşlığı və təşkilatın maliyyələşdirilməsini dayandırdı. Tamp isə, beynəlxalq təşkilatı Çinin maraqlarını yürütməkdə günahlandırdı.