Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 7 gündə Avropada yeni koronavirusa yoluxma halları kəskin artıb
Avropada yeni Covid-19 hallarının sayı son yeddi gündə kəskin şəkildə artıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun məlumatına görə, ötən həftə ilə müqayisədə yeni yoluxma hallarının sayı altı faiz artıb.
Son yeddi gündə qitədə 1,8 milyon yeni virusa yoluxma halı aşkarlanıb.
Biz taktikanı dəyişməliyik və virusun yayılmasına reaksiya vermək əvəzinə, onun qarşısını almağa çalışmalıyıq” dedi Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Kluq.
Kluqun sözlərinə görə, Avropada virusun yayılma sürəti həyəcan vericidir.