Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Kovid-19" dünya üzrə səhiyyə sahəsində çalışan 80 mindən 180 minə qədər insanın ölümünə səbəb oldu
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Kovid-19" dünya üzrə səhiyyə sahəsində çalışan 80 mindən 180 minə qədər insanın ölümünə səbəb oldu

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Kovid-19” dünya üzrə səhiyyə sahəsində çalışan 80 mindən 180 minə qədər insanın ölümünə səbəb oldu.

Qurumun məlumatına görə, bu statistika 2020-ci ilin yanvarından 2021-ci ilin mayına qədər olan dövrü əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bütün ölkələri tibb sahəsində işləyən bütün şəxslərin  vaksinlər vaxtında təmin edilməsinə çağırıb. Onun sözlərinə görə, 119 ölkədən alınan məlumatlara əsasən, səhiyyə sektorunda çalışan hər beş nəfərdən yalnız ikisi tam peyvənd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada ümumilikdə tibb sahəsində 135 milyon insan  çalışır.