Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərilə "omikronun" yayılmasından sonra dünyada virisun 130 milyon halı aşkarlanıb və yeni variantdan yarım milyona qədər insan vəfat edib
Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərilə “omikronun” yayılmasından sonra dünyada virisun 130 milyon halı aşkarlanıb və yeni variantdan yarım milyona qədər insan vəfat edib. Bu isə, faciəvi göstəricidir.
Ümumdünya Səhiyyə Təşkilatının insidentlərin idarəsi qrupunun rəhbəri, Abdi Mahamudun dediyinə görə, peyvəndin mövcud olduğu dövründə virusdan yarım milyon isanın ölməsi həyacan və narahatdoğurucudur.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa münasibətin texniki rəhbəri, Maria Van Kerxove bəyan etdi ki, dünyanın bir çox ölkəsində “omikronun” yayılmasının piki hələlik keçməyib.
“Biz hələ pandemiyanın ortasındayıq. Ümid edirəm ki, sonuna tərəf gedirik, lakin dünyanın bir çox ölkəsində “omikronun” yayılmasının piki hələlik keçməyib”, – Maria Van Kerxove bəyan etdi.