Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri deyirlər ki, yeni ştammlara qarşı təkrar buster dozalar strategiyası təsirli ola bilməyəcək
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri deyirlər ki, yeni ştammlara qarşı təkrar buster dozalar strategiyası təsirli ola bilməyəcək

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri deyirlər ki, yeni ştammlara qarşı təkrar buster dozalar strategiyası təsirli ola bilməyəcək. Bu barədə bəyanatı Ümumdünya Səhiyyə Təşkilatının, “kovid19”-a qarşı vaksina üzərində işləyən məsləhət qrupunun mütəxəssisləri yayırlar.

“Təkrar buster dozaların edilməsi üzərində əsaslanan vaksinasiya strategiyası müvafiq və davamlı ola bilməyəcək”, – ekspertlər qrupunun bəyanatında deyilir.

Elə onların dediyinə görə, ilkin göstəricilər aydınlıq gətirir ki, bu gün mövcud olan vaksinlər “kovid19”-un yeni ştammı “omikrona” yoluxmanın prevensiyası baxımından az effektlidir. Lakin, bu vaksinlər yoluxanları xəstəliyin ağır formasının inkişafından müdafiə edir.

Ekspertlər “kovid19” infeksiyasının və ötürülməsinin qarşısını daha yaxşı ala biləcək vaksinlərin hazırlanmasının vacib olduğunu bəyan edirlər.