Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Abxaziyanın səhiyyə və sosial müdafiə naziri ilə işgüzar görüş keçiriblər
Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertləri Abxaziyanın səhiyyə və sosial müdafiə naziri Laşa Kardava ilə işgüzar görüş keçiriblər. Görüşdə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin nümayəndələri də iştirak edirdilər.
Abxaziya Muxtar Respublikasının hökumətinin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyildiyi üzrə, görüşdə Gürcüstana malyariyadan azad ölkə statusunun verilməsi məsələsi müzakirə olunub.
“Bu istiqamətdə işğal altındakı Abxaziyada mövcud vəziyyətə və prosesdə beynəlxalq təcrübədən istifadənin əhəmiyyətinə diqqət yönəldilib.
Yekun qiymətləndirmə aparacaq ÜST missiyası cari aya planlaşdırılıb.
Mütəxəssislər tərəfindən müsbət qiymətləndirmə halında Gürcüstan malyariyadan azad ölkə statusu alacaq” – məlumatda deyilir.