Ümümdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluqe Boçorişvili klinikasına qonaq oldu
Ümümdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluqe Boçorişvili klinikasına qonaq oldu

Ümümdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluqe, öz nümayəndə heyyəti və Gürcüstanın Səhiyyə Naziri ilə bərabər Boçorişvili klinikasını ziyarət etdi.

Klinikanın baş direktoru Davit Qadelia bəyan etdi ki, Kluqe Gürcüstanda mövcud olan problemlərlə maraqlandı və gərəkən yardım üçün hazır olduğunu bildirdi.

Hans Kluqenin Boçorişvili klinikasına səfəri zamanı klinikanın ətrafında yığılan vətəndaş aktivistləri aksiya keçirdilər.

Onlar Ekaterine Tikaradzeyə qarşı etirazlarını bildirirdilər, nazirin istefasını tələb edirdilər və onun avtomobilinin hərəkət etməsinə mane olurdular.

Aktivistlər bəyan edirdilər ki, Ekaterine Tikaradze qeyri-professiyonaldır və pandemiya şərtlərində səhiyyə sistemini idarə edə bilmir, ona görədə infeksiyaya yoluxanların və ölənlərin sayı artır.