Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə, "Omicron" artıq dünyanın 110 ölkəsində qeydə alınıb
“Covid-19”-un “Omicron” variantı dünyanın 110 ölkəsində aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda qeyd olunub.
Təşkilatın məlumatına görə, virusa yoluxma hallarının təsdiqləndiyi ölkə və regionlarda “Omicron” “Delta” variantından daha sürətli yayılır.
“Omicron” variantı ilə yoluxma halları iki – üç günə ikiqat artır. İkinci tərəfdən Cənubi Afrika, Birləşmiş Krallıq və Danimarkanın ilkin tədqiqat materialları “Omicron” ştammının xəstəxanaya yerləşdirmə riskinin “Delta” ştammından daha az olduğunu göstərir .
Böyük Britaniyada pandemiya başlayandan bəri ilk dəfə 122,000-dən çox yeni Covid-19 infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 23,000-dən çoxu “Omicron” variantına yoluxub.