Ümumdünya Səhiyyə Təşkilatında bildirirlər ki, "Omicron" ehtimal ki, "Delta" ştammından daha sürətlə yayılır və ona qarşı peyvəndlər ola bilsin daha az effektiv olsun
“Covid-19”-un yeni aşkarlanmış “Omicron” ştammı ehtimal ki “Delta” ştammından daha sürətlə yayılır-bu barədə ÜST-ün bəyanatında qeyd olunub. Məlumatı “Euronews” yayır.
BMT-nin təşkilatının verdiyi məlumata görə, “Omicron” ştammına qarşı peyvəndlər ola bilsin daha az effektiv olsun.
“Delta” ştammının sirkulyasiyasının aşağı olduğu Cənubi Afrika Respublikasında “Omicron” “Delta” ilə müqayisədə daha sürətlə yayılır. Lakin, eyni zamanda, görünür “Delta”-ya yoluxma göstəricisinin yüksək olduğu digər ölkələrdə , məsələn B.Britaniyada “Delta” ştammından daha sürətlə yayılır”-deyə ÜST-ün bəyanatında deyilir.
BMT-nin təşkilatının məlumatına görə, peyvəndin “Omicron” ştammı ilə münasibətdə effektivliyi, eləcə də yeni variantın nə qədər ağır olması ilə bağlı məlumatlar hələ də çox məhduddur. Bundan əvvəl Cənubi Afrika Respublikasının tədqiqatçıları “Omicron”-un “Delta”-dan daha az ağır olduğuna dair bəzi göstərişlər olduğunu bildirmişdilər. Həmçinin, mövcud məlumatlara görə, Aİ-də qeydə alınan halların çoxu yüngüldür.