Ümumdünya Səhiyyə Təşkilatı "Sputnik V"-nin avtorizasiya prosesini dayandırdı
Ümumdünya Səhiyyə Təşkilatı "Sputnik V"-nin avtorizasiya prosesini dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı “Sputnik V”-nin avtorizasiya prosesini dayandırdı. Təşkilatda bəyan etdiklərinə görə, “Sputnik V”-nin istehsalı prosesi standartla müvafiq deyil.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri deyirlər ki, vaksinin avtorizasiyası prosesi “Sputnik V”-ni istehsal edən şirkətlərdən birini onlara ziyarət etmə imkanı yarandıqdan sonra yeniləşəcək.

“Biz rus vaksinini istehsal edən zavodu ziyarət etdik və standartlar qorunmamışdı. İndi onlar rekomendasiyanı nəzərə almalıdılar və sonra biz yenidən yoxlama aparacağıq”, – Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bəyan etdi.

Rusiya hakimiyyəti vaksinin avtorizasiyası tələbi ilə Ümumdünya Səhiyyə Təşkilatına ilk dəfə fevralda müraciət etdi.