Ümumdünya Səhiyyə Təşkilatı səyahət üçün vaksinasiya pasportlarının tələb edilməsini dəstəkləmir
Ümumdünya Səhiyyə Təşkilatı hazırki mərhələdə, səyahət üçün vaksinasiya pasportlarının tələb edilməsini dəstəkləmir.
“Royter” agentliyinin məlumatına görə, bu haqda bəyanatı təşkilatın mətbuat katibi Marqaret Harris verib.
Təşkilatın nümayəndəsi vaksinasiya pasportları ilə bağlı öz mövqeyini onunla açıqlayıb ki, vaksinasiyanın koronavirus xəstəliyinin yayılmasının önləyib-önləyəmədiyi hələlik təsdiqlənməyib.
Eyni zamanda, Marqaret Harrisin bəyanatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-a qarşı istifadə edilən “Sinofarm” və “Sinovak” vaksinalarının avtorizasiya məsələsini aprelinin sonunda müzakirə edəcək.
Marqaret Harisin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı vaksinalarla bağlı əlavə məlumat toplayır.