Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyinin yayılmasına görə son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyət elan edib
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyinin yayılmasına görə son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyət elan edib

 
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyinin yayılmasına görə son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyət elan edib. Məlumatı “Reuters” yayır.

Ümumdünya Səhiyyə Təşkilatı bu qərarı Afrikada meymun çiçəyinin yayılmasından sonra qəbul edib.

Afrikada yayılmış meymun çiçəyi yaxın təmasla keçir. O, qripə bənzər simptomlar və irinli səpgi ilə xarakterizə olunur.

“Aydındır ki, bu partlayışları dayandırmaq və insanların həyatını xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır” – Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Qebreisus bildirib.

Dünən Afrikada meymun çiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan edilib. Afrikanın Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin mütəxəssisləri xəstəliyin yayılma tempindən narahat olduqlarını bildiriblər. İlin əvvəlindən bu günədək Konqo Demokratik Respublikasında meymun çiçəyinin yeni ştammına 17 000-dən çox yoluxma halı qeydə alınıb. 517 nəfər həlak olub.