Ümumdünya Səhiyyə Təşkilatı "Covid-19"la bağlı qlobal fövqəladə vəziyyətin bitdiyini elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı “Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin sona çatdığını elan etdi.
“Dünən Fövqəladə Hallar Komitəsi on beşinci dəfə iclas keçirdi və mənə sağlamlıqla bağlı beynəlxalq fövqəladə vəziyyətin sona çatmasını elan etməyi tövsiyə etdi. Bu məsləhəti qəbul etdim. Buna görə də, “Covid-19″ ilə bağlı qlobal sağlamlıq fövqəladə vəziyyətinin bitdiyini elan edirəm” – bildirib Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fövqəladə vəziyyət başa çatsa da, pandemiya hələ bitməyib. BMT-nin səhiyyə agentliyi hər həftə minlərlə insanın hələ də virusdan öldüyünü bildirir.
“Bu, “Covid-19″un qlobal sağlamlıq təhlükəsi olaraq bitdiyi anlamına gəlmir”, – dedi Tedros Adhanom Qebreyesus.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin sözlərinə görə, pandemiyadan ən azı yeddi milyon insan dünyasını dəyişib.