Ümumdünya Səhiyyə Təşkilatı - Avropada pandemiyanın gücləndiyi şərtlərdə belə, məktəblərdə təhsil prosesi dayandırılmamalıdır
Avropada pandemiyanın gücləndiyi şərtlərdə belə, məktəblərdə təhsil prosesi dayandırılmamalıdır.
Bu bəyanatı Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Kluge verdi.
Onun dediyinə görə, Avropada yenə covid-19-un partlayışıdır və kontinenti ağır günlər gözləyir.
“Biz pandemiyanın partlayışını görürük. Sadəcə bir neçə gün ərzində Avropada koronavirus hallarının sayı milyona çatdı” – dedi Kluge.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşklatının rəhbəri deyir ki, məktəblərin bağlanmasına ehtiyac yoxdur, çünki təhsil müəssisələrində virusun yayılmasınına dair göstəricilər çox deyil.
“Biz son ana qədər təhsil prosesini davam etdirməliyik, çünki covid-19-a görə, yeni nəslin itməsinə imkan verə bilmərik” – dedi Hans Kluge.
O həmçinin, vətəndaşlara müraciət etdi ki, tibbi maskalardan istifadə etsinlər.
“Tibbi Maska taxaraq və sosiyal məsafəyi qoruyaraq, biz fevral ayı üçün Avropa regionunda 266 nəfərin həyatını qoruya bilərik” – dedi Ümümdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri.