Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Klugenin bəyanatına görə, Avropada koronavirusdan hər 17 saniyədə bir nəfər həlak olur.
Bu haqda məlumatı BBC yayır
Son bir həftədə Avropada covid-19-dan 29 min nəfər həlak olub.
“Avropa yenə bir dəfə ABŞ-la bərabər, pandemiyanın episentri oldu. Tunelin sonunda işıq görünür, ancaq irəlidə bizi çox çətin altı həftə gözləyir.
ibbi maska taxmaq panaseya deyil, ancaq digər tədbirlərə bərabər mütləqdir. Əgər tibbi maskanın taxılmasının göstəricisi 95 faizə yüksəlsə, karantinə ehtiyac olmayacaq” – dedi Kluge.