Ümumdünya Səhiyyə Təşkilatı - Avropa yenə koronavirus pandemiyasının episentridir
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Kluge kontinetdə mövcud olan epidemiloji vəziyyətə görə narahat olduğunu bildirdi.
Onun dediyinə görə, Avropa yenə epidemiyanın episentridir.
Bu haqda məlumatı “Qardian” yayır.
Təşkilatın göstəricilərinə əsasən, son yeddi ay ərzində, Avropada covid-19-un milyon-yarımdan çox yeni halı qeydə alınıb.
Virusun yayılmasından bugünə qədər isə, 10 milyon hal qeydə alınıb.
“Verdiymiz məlumat panikaya səbəb olsa da, Avropada mövcud olan vəziyyətlə bağlı öz narahatçılığımızı bildirməliyik” – dedi Kluge.
Klugenin məlumatına görə, ilkbahar fəslindən sonra hospitalizasiya sayları xeyli artıb.