Ümumdünya Səhiyyə Təşkilatı 12-dən 15 yaşınadək uşaqların "fayzer" vaksini ilə peyvənd olunmalarına icazə verdi
Ümumdünya Səhiyyə Təşkilatı 12-dən 15 yaşınadək uşaqların "fayzer" vaksini ilə peyvənd olunmalarına icazə verdi

Ümumdünya Səhiyyə Təşkilatı 12-dən 15 yaşınadək uşaqların “fayzer”və “biontek”  vaksini ilə peyvənd olunmalarına icazə verdi.

Təşkilatın ekspertlər strateji konsultasiya qrupunun (SAGE) qərarı ilə, “fayzer-biontek” vaksinin istifadəsi 12-dən 15 yaşınadək yüksək risk qrupları və başqa prioritet kateqoriya uşaqlarında mümkündür.

Bundan başqa, təşkilatın bəyanatında qeyd olunub ki, icazəyə baxmayaraq,koronavirusa qarşı müxtəlif vaksinlərin uşaqlarda istifadəsi ilə bağlı əlavə tədqiqatların aparılması lazımdır.

Həmçinin, təşkilatın rekomendasiyalarına uyğun olaraq, uşaq və yeniyetmələrdə xəstəlik nisbətən yüngül keçir, buna görə, onların vaksinasiyası təcili deyil, necə ki yaşlılara, xroniki xəstəliyi olan pasiyentlərə və tibb personalına lazım olduğu qədər.