Ulrik Tidestrom - biz "Xalqın Gücü"nün təşəbbüsündən narahatıq, ümid edirik ki, Gürcüstan bu tip qanun qəbul etməyəcək
Ulrik Tidestrom - biz "Xalqın Gücü"nün təşəbbüsündən narahatıq, ümid edirik ki, Gürcüstan bu tip qanun qəbul etməyəcək

 

Biz “Xalqın Gücü”nün təşəbbüsündən narahatıq, bu cür qanun Avropa İttifaqının dəyərlərinə, Gürcüstanın Avropaya inteqrasiyasına uyğun gəlməyəcək, hələ vaxt var-bu barədə İsveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ulrik Tidestrom “Xalqın Gücü”nün təşəbbüsünü irəli sürdüyü qanun layihəsi haqqında danışarkən açıqlayıb.

O, Gürcüstanın öz enerjisini və səylərini 12 bəndə uyğun olan islahatların həyata keçirilməsinə yönəldəcəyinə ümid etdiyini bildirib.

“Gürcüstanın ən yaxın beynəlxalq dostlarından – tərəfdaşlardan, Avropa İttifaqından, Avropa İttifaqına üzv dövlətlərdən, Birləşmiş Millətlər Təşkilatından və digərləri tərəfindən razılaşdırılmış mesajı hər kəs gördü. Biz bu təşəbbüsdən narahatıq. Biz inanırıq və artıq bəyan etmişik ki, bu cür qanun Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlməyəcək, Gürcüstanın Avropaya inteqrasiyasına uyğun gəlməyəcək. Hələ vaxt var. Ümid edirik ki, Gürcüstan bu tip qanun qəbul etməyəcək. Ümid edirəm ki, Gürcüstan öz enerjisini və səylərini 12 bəndə uyğun olan islahatların həyata keçirilməsinə yönəldəcək, bu da öz növbəsində Gürcüstan əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənən bəyan edilmiş məqsədlərə uyğundur və bu, davamlı Avropa inteqrasiyasının hədəfidir” -deyə İsveç səfiri açıqlayıb.