Ukraynanın Təhlükəsizlik Xidmətində Zelenski və digər ali hərbi-siyasi şəxsləri məhv etmək cəhdinin qarşısını aldıqlarını bildirirlər
Ukraynanın Təhlükəsizlik Xidmətində Zelenski və digər ali hərbi-siyasi şəxsləri məhv etmək cəhdinin qarşısını aldıqlarını bildirirlər

 
Ukraynanın Təhlükəsizlik Xidmətində Rusiyanın “FSB”sinin Volodimir Zelenskini və Ukraynanın ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrini məhv etməyi planlaşdırdığını bildirirlər.

Ukraynanın Xüsusi Xidmətinin məlumatına əsasən, Dövlət Mühafizə İdarəsinin iki polkovniki dövlətə xəyanət və terror aktının həyata keçirilməsini təşviq etmək ittihamı ilə saxlanılıb.

Ukraynanın Təhlükəsizlik Xidmətinin bəyanatına əsasən, Dövlət Mühafizə İdarəsinin dəstəyi ilə onlar fəaliyyətinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən casusluq şəbəkəsini aşkarlayıblar. Şəbəkəyə daxil olan Dövlət Mühafizə İdarəsinin iki polkovniki Rusiya tərəfinə məxfi məlumatlar verirmiş.

“Düşmən fəal şəkildə prezident Volodimir Zelenskini məhv etmək planları hazırlayırdı. “FSB”nin casusluq şəbəkəsinin vəzifələrindən biri prezidentin mühafizəsinə yaxın olan hərbçilər arasında dövlət başçısını girov götürüb, sonra da onu öldürə biləcək icraçını tapmaq olub. Düşmən Zelenskidən başqa Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Maliuk, Dövlət Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və digər yüksək rütbəli məmurları da məhv etməyi planlaşdırırmış” – təhlükəsizlik xidmətinin bəyanatında deyilir.

Maliuk bildirib ki, terror aktı “Putinin andiçmə mərasiminə hədiyyə” olmalı idi.

Bununla yanaşı, xüsusi xidmət orqanının verdiyi məlumat üzrə, Budanovun Pasxa bayramından əvvəl raket zərbəsi ilə öldürülməsi planlaşdırılırmış.

Ukraynanın Təhlükəsizlik Xidmətində şübhəlilərin yaşayış yerlərində cinayət fəaliyyətini təsdiq edən sübutların tapıldığını bildirirlər.