Ukraynanın Silahlı Qüvvələri Rusiya tərəfindən gecə buraxılan 29 ədəd “Shahed” tipli drondan 28-ni vurmağa nail olub
Ukraynanın Silahlı Qüvvələri Rusiya tərəfindən gecə buraxılan 29 ədəd “Shahed” tipli drondan 28-ni vurmağa nail olub

 
Gecə Rusiya Ukrayna istiqamətində 29 ədəd “Shahed” tipli pilotsuz uçuş aparatı buraxıb, Ukrayna Hərbi Hava Qüvvələri onlardan 28-ni vurmağa nail olub.

Bu haqda Ukraynanın Silahlı Qüvvələrinin bəyanatında deyilir.

“Döyüş nəticəsində biz Odessa, Nikolayev, Dnepropetrovsk, Xarkov, Çerkasi, Xerson və Kirovoqrad bölgələrində 28 ədəd “Shahed”i vurduq”- bəyanatda qeyd olunub.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbovun dediyi kimi, Xarkovda “Shahed”lərin parçalarının düşməsi nəticəsində yanğın baş verib, 7 nəfər xəsarət alıb.

O, 25 yük avtomobili və avtobusa, həmçinin üç şəxsi minik avtomobilinə ziyan dəydiyini bildirib.