Ukraynanın sərhəd xidmətində bəyan edirlər ki, Rusiya qüvvələri Rusiya və Belarusdan ağır silahlarla Ukraynaya hücum etdilər
Ukraynanın sərhəd xidmətində bəyan edirlər ki, Rusiya qüvvələri Rusiya və Belarusdan ağır silahlarla Ukraynaya hücum etdilər

Rusiya qüvvələri Rusiya və Belarusdan ağır silahlarla Ukraynaya hücum etdilər, – bu barədə Ukraynanın sərhəd xidmətində bəyan edirlər.

“Saat 05:00 radələrində Ukraynanın Rusiya Federasiyası və Belarus Respublikası ilə sərhədinin bir hissəsi Belarusun dəstəyi ilə, rus qoşunlarının hücumuna məruz qaldı”, – bəyanatda deyilir.

İdarənin məlumatına görə, sərhəd bölmələrinə, sərhəd dəstələrinə, keçid məntəqələrinə hücumlar artilleriya və ağır texnikadan istifadə etməklə həyata keçirilir. Hücum Luqansk, Sumı, Xarkov, Çerniqovo və Jitomir vilayətlərində baş verir. Bundan başqa, hücum işğal olunmuş Krım ərazisindən də həyata keçirilir.

Sərhəd Xidməti kəşfiyyat-təxribat qruplarının da fəaliyyət göstərdiyini qeyd edir.