Ukraynanın Prezidenti bir neçə gündür Rusiya Silahlı Qüvvələrinin hücum etdiyi Xarkova gedib
Ukraynanın Prezidenti bir neçə gündür Rusiya Silahlı Qüvvələrinin hücum etdiyi Xarkova gedib

 
Ukraynanın Prezidenti bir neçə gündür Rusiya Silahlı Qüvvələrinin hücum etdiyi Xarkova gedib. Ukrayna mediasının yazdığı üzrə, Volodimir Zelenski Xarkov şəhərində komandirlərin iclasını keçirib.

Məlumat üçün bildirək ki, hazırda ukraynalı hərbçilər ilə Rusiya işğalçı qüvvələri arasında döyüşlər Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsi yaxınlığında gedir. Qəsəbə Xarkov şəhərindən 20 kilometr aralıdadır. Həmçinin, Volçansk küçələrində rus və ukraynalı hərbçilər arasında toqquşmaların getdiyi barədə məlumat yayılır.

Komandirlərlə iclasdan sonra Ukraynanın Prezidenti bildirib ki, Xarkov vilayətində vəziyyət bütövlükdə nəzarət altındadır, ancaq vəziyyət ağır olaraq qalır və Ukrayna silahlı qüvvələrinin hərbi qruplaşmalarını gücləndirir.

Bundan əvvəl Ukraynanın daxili işlər naziri İqor Klimenko rus hərbçilərin Xarkov vilayətinin Volçansk şəhərinin şimal hissəsinə daxil olduğunu və dinc sakinləri girov götürdüyünü açıqlamışdı. Onun verdiyi məlumata görə, bir nəfər qaçmaq istəyərkən rus işğalçılar tərəfindən öldürülüb. Klimenko, polisin Volçanskdan vətəndaşların təxliyəsini davam etdirdiyini qeyd edib.