Ukraynanın prezident seçkilərinə Rusiya müşahidəçilərini dəvət etməyəcəklər
Ukraynanın prezident seçkilərinə Rusiya müşahidəçilərini dəvət etməyəcəklər

Ukraynanın prezident seçkilərinə rus müşahidəçilərini dəvət etməyəcəklər.

Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiya aqressor ölkədir və onun nümayəndələrinin Ukraynanın prezident seçkilərində iştirak etmələri qadağandır.

Ukraynanın Xarici İşlər Naziri Pavel Klimkin bəyan etdi ki, Ukraynanın xarici İşlər Nazirliyi Rusiya pasportu olan müxtəlif beynəlxalq təşkilatların adı ilə göndərilən tələbləri də müzakirə etməyəcək.

Ukraynanın prezident seçkiləri martın 31-də keçiriləcək.