Ukraynanın Prezident Ofisində Rusiyanın qaz kəmərində baş verən partlayışlarla əlaqəni inkar edirlər
Ukraynanın Prezident Ofisində Rusiyanın qaz kəmərində baş verən partlayışlarla əlaqəni inkar edirlər

 
Ukraynanın Prezident Ofisində Rusiyanın qaz kəmərində baş verən partlayışlarla əlaqəni inkar edirlər. Ukraynanın Prezident Ofisinin nümayəndəsi Mixail Podoliakın dediyi kimi, belə bir partlayışın təşkili üçün geniş texniki və maliyyə resursları lazımdır.

“Partlayış zamanı bütün bunlar kimdə var idi? Yalnız Rusiyada” – Podoliak bildirib.

Bundan əvvəl “Wall Street Journal” Rusiyanın “Şimal axını” qaz kəmərinin partladılması planının ilkin olaraq Ukraynanın Prezidenti tərəfindən təsdiqləndiyinə, sonra isə ABŞ xüsusi xidmət orqanlarının xahişi ilə ləğv edildiyinə dair araşdırma məqaləsi dərc etmişdi.