Ukraynanın müdafiə naziri - həm Ukrayna , həm də Gürcüstan suveren ölkələrdir, biz NATO-ya üzv olmaq istəyirik, bu məsələ ilə bağlı Rusiya ilə danışmayacağıq
Ukraynanın müdafiə naziri - həm Ukrayna , həm də Gürcüstan suveren ölkələrdir, biz NATO-ya üzv olmaq istəyirik, bu məsələ ilə bağlı Rusiya ilə danışmayacağıq

 
Həm Ukrayna , həm də Gürcüstan suveren ölkələrdir, biz NATO-ya üzv olmaq istəyirik, bu məsələ ilə bağlı Rusiya ilə danışmayacağıq – deyə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Gürcüstanın Birinci Kanalının jurnalistinin sualına cavab verib.

” Ukraynanın NATO-ya üzvlük məsələsi barədə Rusiya ilə danışmırıq. Həm Ukrayna , həm də Gürcüstan suveren ölkələrdir, biz NATO-ya üzv olmaq istəyirik . Bu, Konstitusiyamızda təsbit olunub. Bu bizim üçün qanundur. Bu məsələ ilə bağlı biz Rusiya ilə danışmayacağıq” – deyə Aleksey Reznikov bildirib.

Bu gün Ukraynanın müdafiə naziri Çernobılın qadağan olunmuş zonasında keçirilən hərbi təlimlərdə iştirak edib.